17.03.2017 08:51
2203
2203

Dünən UEFA Avropa Liqasında 1/8 finalın "Mançester Yunayted"-"Rostov" cavab matçında maraqlı bir an da yaşanıb. Belə ki, oyunun ikinci hissəsində "Mançester Yunayted"in baş məşqçisi Mourinyo komandasının oyunçusu Markos Roxun enerjisinin tükəndiyini görüb. Odur ki, onu bananla yemləmək qərarına gəlib. Bu məqsədlə o, bananı soyub və yarımmüdafiəçi Eşli Yanqa verib ki, onu təcili Markosa çatdırsın.
Xatırladaq ki, "Mançester Yunayted" doğma meydanda "Rostov"u tək qolla keçib.





