çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

5 ölkə püşkü gözləyir

17.03.2017 09:23 Oxundu 1919

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Tədbirdə qitənin ən nüfuzlu klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünəcək. Kor püşk atıldığından istənilən komanda istənilən rəqiblə üz-üzə gələ bilər. Bu mərhələdə 5 ölkə, yalnız “Böyük beşlik” təmsilçisi çıxış edir. 1/4 finalda İspaniya 3, Almaniya 2, Fransa, İtaliya və İngiltərə 1 komanda ilə təmsil olunacaq.

Çempionlar Liqası

1/4 final

(11/12 və 18/19 aprel)

“Atletiko” (İspaniya)

“Barselona” (İspaniya)

“Real” (İspaniya)

“Bavariya” (Almaniya)

“Borussiya” (D, Almaniya)

“Lester” (İngiltərə)

“Yuventus” (İtaliya)

“Monako” (Fransa)