çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

“Beşiktaş”in bəxtinə kim düşəcək

17.03.2017 09:27 Oxundu 1966

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.Tədbirdə qitənin ikinci dərəcəli klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünəcək. Kor püşk atıldığından istənilən komanda istənilən rəqiblə üz-üzə gələ bilər. Bu mərhələdə 7 ölkə təmsilçisi çıxış edir. 1/4 finalda yalnız Belçika 2 komanda ilə təmsil olunacaq. Qonşu Türkiyənin mübarizəni davam etdirən yeganə komandası “Beşiktaş”ın da rəqibi Nyonda bəlli olacaq.

Avropa Liqası

1/4 final

(13 və 20 aprel)

“Beşiktaş” (Türkiyə)

“Mançester Yunayted” (İngiltərə)

“Lion” (Fransa)

“Şalke” (Almaniya)

“Selta” (İspaniya)

“Anderlext” (Belçika)

“Genk” (Belçika)

“Ayaks” (Hollandiya)