2016
AFFA-nın baş katibi Elxan Məmmədov Kiprdə UEFA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib.
UEFA İcraiyyə Komitəsinə namizədliyi irəli sürülmüş Zbigniew Boniek (Polşa), Kairat Boranbayev (Qazaxıstan), John Delaney (İrlandiya), Armand Duka (Albaniya), Reinhard Grindel (Almaniya), Marios N. Lefkaritis (Kipr), Karl-Erik Nilsson (İsveç), Kieran O’Connor (Uels), Michele Uva (İtaliya), Michael van Praagın (Niderland) da iştirak etdiyi tədbirdə namizədlər seçki proqramı ilə bağlı ətraflı çıxış ediblər.
Tədbirin sonunda UEFA nümayəndələri tərəfindən danışılmış oyunlarla bağlı çıxış və müzakirələr aparılıb, milli assosiasiyalara bu cür hallarla daha ciddi mübarizə aparılması tövsiyə olunub.