2133
Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək. Millinin oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son turun ilk günündə iki oyun baş tutacaq. Tura Gəncədə start veriləcək. Autsayderlər qrupundan uzaqlaşmağa çalışan “Kəpəz” avrokubok arzusunda olan “Sumqayıt”ı qəbul edəcək.
Qeyri-adi vaxtda başlayacaq turun mərkəzi oyununda “Neftçi” “İnter”i sınağa çəkəcək. 80 illik yubiley qeyd edən “ağ-qaralar” yarandığı 1937-ci ili təcəssüm edən 19:37-də meydana çıxacaq. Yubiley gecəsindən 3 xalla ayrılmaq arzusunda olan Elxan Abdullayevin yetirmələri “Sumqayıt”ı keçmək, avrokubok şanslarını artırmağa köklənib. Qonaqlar isə mükafat iddiasını bir daha ortaya qoymağa çalışacaq.
Azərbaycan Premyer Liqası
XXIII tur
18 mart
16:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu
İlk 3 dövrədəki oyunlar: 1:1, 0:0, 3:1
19:37. “Neftçi” – “İnter”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
8-ci km qəsəbə stadionu
İlk 3 dövrədəki oyunlar: 1:2, 2:1, 3:1
|
1. |
Qarabağ |
22 |
15 |
3 |
4 |
37-11 |
48 |
|
2. |
Qəbələ |
22 |
13 |
7 |
2 |
41-12 |
46 |
|
3. |
İnter |
22 |
10 |
9 |
3 |
32-21 |
39 |
|
4. |
Zirə |
22 |
8 |
5 |
9 |
20-23 |
29 |
|
5. |
Sumqayıt |
22 |
6 |
7 |
9 |
20-29 |
25 |
|
6. |
Neftçi |
22 |
7 |
2 |
13 |
17-35 |
23 |
|
7. |
Kəpəz |
22 |
4 |
9 |
9 |
15-24 |
21 |
|
8. |
AZAL |
22 |
1 |
6 |
15 |
9-36 |
9 |
Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.