çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

"Bayrama yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik”.

18.03.2017 11:36 Oxundu 2091

Topaz Premyer Liqasının XXIII turunda “Kəpəz” Gəncə şəhər stadionunda “Sumqayıt”ı qəbul edəcək. Bu oyun ilə bağlı Gəncə klubunun müdafiəçisi Şəhriyar Əliyev açıqlama verib: “Sonuncu oyunumuzla qarşıdakı matç arasında vaxt az olsa da, yaxşı hazırlaşmışıq. Əslində bütün görüşlərə eyni formada məşq edirik, sadəcə, “Zirə” ilə oyuna kimi bəxtimiz gətirmirdi. “Sumqayıt”a qarşı görüşdə 3 xal qazanmağa çalışacağıq, məqsədimiz qələbədir. Qarşımızda duran əsas vəzifə xal ehtiyatımızı artırmaqla turnir cədvəlində yerimizi yuxarıya doğru dəyişməkdir. Həm də Novruz öncəsi olduğundan bayrama yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik”.