çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Bu gün XXII tura yekun vurulacaq

19.03.2017 06:03 Oxundu 1878

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq. Tura Bakıətrafı qəsəbələrdə yekun vurulacaq. İkinci oyun günü liderlərin səfər sınağı ilə əlamətdar olacaq. Son gün “AZAL Arena”da başlayacaq. Çempionatın autsayderi olan AZAL liderliyi qaytarmağa iddialı “Qəbələ”ni qəbul edəcək.

Tura Zirədə yekun vurulacaq. Çempionatın lideri “Qarabağ” özü üçün asan rəqib olan “Zirə”nin qonağı olacaq. Ardıcıl 4-cü çempionluq iddiasında olan əyalət klubu liderliyini qorumaq üçün mütləq qalib gəlməlidi. Ayxan Abbasovun komandası isə son vaxtlar eyni – 0:2 hesabı ilə uduzduğu rəqibdən xal almaq ümidindədi.

Azərbaycan Premyer Liqası

XXIII tur

19 mart (bazar)

15:30. AZAL – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
“AZAL Arena”

18:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu

1.

Qarabağ

22

15

3

4

37-11

48

2.

Qəbələ

22

13

7

2

41-12

46

3.

İnter

23

10

9

4

33-23

39

4.

Zirə

22

8

5

9

20-23

29

5.

Neftçi

23

8

2

13

19-36

26

6.

Sumqayıt

23

6

7

10

20-30

25

7.

Kəpəz

23

5

9

9

16-24

24

8.

AZAL

22

1

6

15

9-36

9

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.