çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

“Qəbələ” AZAL-la bacarmadı - VİDEO

19.03.2017 16:27 Oxundu 2330

Topaz Premyer Liqasında XXIII turun ikinci oyun gününə start verilib. Günün ilk qarşılaşması “AZAL Arena”da baş tutub. “Qəbələ” səfər oyununda AZAL-la görüşüb. Milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son matça “qırmızı-qaralar” fərqli heyətlə çıxıb. Belə ki, baş məşqçi Roman Qriqorçuk start heyətində 4 dəyişiklik edib. Ötən tur ilk dəqiqələrdən meydanda olan Cavid Hüseynov, Məhəmməd Mirzəbəyov, Rafael Santos və Araz Abdullayevin yoxluğunda baş məşqçi Rasim Ramaldanov, Ruslan Qurbanov, Teo Uiks, Ürfan Abbasova şans verib. Cavidin oynamadığı matçda kapitan sarğısını Ürfan daşıyıb.
Gözlənildiyi kimi qarşılaşmaya “Qəbələ” daha fəal başlayıb. Lakin meydan sahibləri üstünlüyün tamamilə rəqibə keçməsinə imkan verməyib. Bu üzdən də azarkeşlər daha çox qarşılıqlı hücumlar izləyib. “Qırmızı-qaralar”ın kiçik ərazi üstünlüyü isə real qol vəziyyətlərinin yaranmasında əksini tapmayıb. Düzdür, Daniel Subotiç fasiləyədək bir neçə dəfə çərçivəni nişan alıb. Amma legionerin zərbələrində dəqiqlik çatmayıb. Qriqorçuk hissənin ortalarında Uiksi Rəşad Eyubovla əvəzləsə də, bu da kəsərli hücumlar təşkil etməyə yetərli olmayıb. Nika Kvekveskiri və Ürfan Abbasovun yaddaqalan zərbələri də ciddi təhlükə yaratmayıb.
İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Lakin qarşılıqlı hücumlar şəraitində keçən dəqiqələrdə “qırmızı-qaralar”ın həmlələri daha kəsərli alınıb. 52-ci dəqiqədə isə hesab açılıb. Eyubovun ötürməsindən sonra Məmmədovun zərbəsi müdafiəçilərdən dönsə də, topa yiyələnən Qurbanov onu Mütəllimova verib. Müdafiəçinin qapıçı meydanının küncündən endirdiyi zərbə qarşısıalınmaz olub – 1:0. Ardınca isə Subotiç qapıçı ilə üz-üzə qalsa da, fərqlənə bilməyib. Ozobiçin cərimə meydanının küncündən zərbəsi də meydan sahiblərinə gərginlik yaşadıb. Meydana sonradan daxil olan Sergey Zenyov da azı 3 dəfə əlverişli mövqe əldə edib. Qolkiperlə üz-üzə qalan estoniyalının yaxşı zərbə endirməsinə özünü yetirən müdafiəçilər mane olub. Asifin fərqlənməsinə isə qapı tiri imkan verməyib. Bakılıların bərabərlik qolu vurmaq cəhdləri isə ciddi təhlükə ilə nəticələnməyib. Final fitindən 7 dəqiqə əvvəl isə Voislav Stankoviç qapını nişan alıb. Onun zərbəsini qapıçı dəf edib. Matçın 90-cı dəqiqəsində isə meydan sahiblərinin azsaylı hücumlarından biri qolla nəticələnib. Nuqzar Kvirtiya cərimə meydanı daxilindən qapını dəqiq nişan alıb – 1:1. Bu epizodda Dmitri Bezotosnının səhvi də həlledici olub. Qoldan sonra böyük qüvvə ilə irəli atılan “Qəbələ” üstünlüyünü bərpa edə bilməyib. Son saniyələrdə Ramaldanov qapıçı meydanı daxilindən başla zərbə endirsə də, qeyri-dəqiq olub. Beləliklə, “Qəbələ” paytaxt səfərindən 1 xalla dönüb – 1:1.

Azərbaycan Premyer Liqası

XXIII tur

19 mart (bazar)

AZAL – “Qəbələ” - 1:1

Qollar: Kvirtiya, 90 - Tellur Mütəllimov, 52

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
“AZAL Arena”

AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 91. Mehdi Taouil, 77. Arkadi Qalperin, 27. Rəşad Abdullayev, 8. Sadio Tounkara, 70. Vaqif Cavadov, 6. Bəxtiyar Soltanov
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 55. Qeyrət Qənbərov, 21. Samir Məsimov, 16. Feyzi Aşkan, 19. Elnur Süleymanov, 10. Nuqzar Kvirtiya, 11. Frank Madu
Baş məşqçi: Tərlan Əhmədov

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 7. Nika Kvekveskiri, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 31. Daniel Subotiç, 34. Urfan Abbasov (k), 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 32. Rəşad Eyubov, 77. Araz Abdullayev
Baş məşqçi: Roman Qriqorçuk

a