çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Löv Prosineçkini qabaqlayacaq

20.03.2017 07:44 Oxundu 2045

DÇ-2018-in seçmə mərhələsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb. AFFA-nın məlumatına görə qonaqların çalışdırıcısı Yoahim Löv media mənsubları qarşısına daha əvvəl çıxacaq.

25 mart

Almaniya milli komandası

Saat 17:00. Mətbuat konfransı

Saat 17:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

25 mart

Azərbaycan milli komandası

Saat 19:30. Mətbuat konfransı

Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki məşq və mətbuat konfransı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.