çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Noyer Bakıya gəlməyəcək

21.03.2017 09:16 Oxundu 1949

Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2018-in seçmə mərhələsində millimizlə keçiriləcək oyunu buraxacaq. Təcrübəli qolkiper ayağından zədə alıb. Bu səbəbdən “Bavariya”nın qapıçısı həm İngiltərə ilə yoldaşlıq matçında, həm də millimizlə qarşılaşmada komandasına kömək edə bilməyəcək. Almaniya millisinə Mark-Andre ter Ştegen (“Barselona”) və Bernd Leno ("Bayer") kimi qapıçılar da dəvət alıb. Baş məşqçi Yoahim Lövün Kevin Trappı da milliyə dəvət edəcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.