çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Ruslanla Namiq millimizin düşərgəsindən ayrılıb

21.03.2017 09:23 Oxundu 1918

"Neftçi"nin futbolçuları Ruslan Abışov və Namiq Ələsgərov millimizin düşərgəsindən ayrılıb. AFFA-nın yaydığı xəbərə görə, onlar zədəli olduqları üçün DÇ-2018-in seçmə mərhələsində Almaniya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təlim-məşq toplanışını tərk ediblər.

Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü martın 26-ı saat 20:00-da başlayacaq.