21.03.2017 16:52
1990
1990
DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Almaniya matçını italiyalı hakimlər briqadası idarə edəcək Bu barədə FİFA-nın saytında məlumat verilib. Görüşün baş hakimi Daniele Orsato olacaq. Ona Mauro Tonolini və Rikardi Di Fiore kömək edəcək. Dördüncü hakim funksiyasını Marko Quida yerinə yetirəcək.
Xatırladaq ki, martın 26-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu saat 20:00-da başlayacaq.