22.03.2017 07:36
1980
1980
"Atletiko"nun baş məşqçisi Dieqo Semione gələcək karyerası haqqında danışıb. Argentinalı mütəxəssis "Real"dan başqa, digər La Liqa klublarını çalışdıra biləcəyini deyib. O, hələlik Argentina millisi haqda da düşünmədiyini bildirib: "Bir vaxtlar millinin baş məşqçisi olmaq istəyirdim. Məşqçi kimi inkişaf edəndən sonra Argentina millisini çalışdırmaq istərdim. Bu, karyeramın son mərhələsində olacaq".
Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2011-ci ildən "Atletiko"nu çalışdırır.