1819
"Qalatasaray" və Türkiyə futbolunun əfsanəvi qapıçısı Turgay Şeren 84 yaşında vəfat edib.
"Qalatasaray"ın və Türkiyə millisinin unudulmaz futbolçularından "Berlin panterası" ləqəbli Turgay Şeren bu gün səhər saatlarında İstanbulda dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, Turgay Şeren məşqçilik, idman jurnalistikası və şərhçiliklə də məşğul olub. Futbolçu karyerasını "Qalatasaray"da keçirən Turgay Şeren 1951-ci ildə Berlində oynanılan Qərbi Almaniya-Türkiyə qarşılaşmasında etdiyi qurtarışlarından sonra "Berlin panterası" ləqəbi ilə tanınıb. 1950-1966-cı illərdə 46 dəfə milli formanı geyən Şeren bütün azarkeşlərin sevimlisi olub.
Turgay Şeren keçirdiyi ağır xəstəliklər səbəbindən evindən çölə nadir hallarda çıxırdı.