şənbə, 11 iyul 2026

BİZİM FUTBOL

Berti Foqts Elxan Məmmədovla görüşüb

24.03.2017 14:00 Oxundu 2187

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış edəcək Berti Foqts Bakıya gəlib. Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqtsla görüşüb.