çərşənbə axşamı, 30 aprel 2024

SARI KART

Günün karikaturası

25.03.2017 18:32 Oxundu 1646

İtaliya millisinin qapıçısı Canluici Buffon DÇ-2018-in seçmə mərhələsində Albaniyaya qarşı keçirilən oyunda rekorda imza atıb. Təcrübəli qolkiper yığmada 168-ci oyununa çıxıb ki, bu, avropalı futbolçular arasında rekorddur. Buffon aktivində 167 oyun olan İker Kasilyas (İspaniya) və Vitali Astafyevi (Latviya) geridə qoyub. Qeyd edək ki, dünyada Buffon cəmi 4 futbolçudan geri qalır. Dünya rekordu isə Misir yığmasında 184 oyun keçirən Ahmed Hassana məxsusdur. Onu da əlavə edək ki, Albaniya ilə oyun Buffon üçün milli və klub səviyyəsində 1000-ci qarşılaşmadır.

"Yuventus" 612

"Parma" 220

İtaliya 168