çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

U-19 qalib gəldi

27.03.2017 07:39 Oxundu 2025

Estoniyanın paytaxtı Tallinndə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Estoniyanın U-19 komandasına qarşı keçirilmiş oyun 5:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Bahadur Həziyevin dubl etdiyi qarşılaşmada hərəyə 1 dəfə Elçin Əsədov, Fərid Nəbiyev və Əli Sadıxov fərqlənib.

Bu komandalar arasında martın 25-də keçirilmiş yoldaşlıq görüşündə hesab açılmamışdı.