çərşənbə, 14 yanvar 2026

ŞAHMAT

Kirsan İlümjinov istefası barədə yayılan məlumatı təkzib edib

27.03.2017 17:25 Oxundu 2331

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov istefası barədə yayılan məlumatı təkzib edib. TASS informasiya agentliyi xəbər verir ki, K.İlümjinov təşkilatın rəhbəri postundan getmədiyini bəyan edib. “Məni vəzifədən götürmək istəyirdilər, amma bunu bacarmadılar. Mən heç nəyi imzalamamışam və istefaya getməyəcəyəm”, - deyə o bildirib.

Bir qədər əvvəl təşkilatın rəsmi saytında Kirsan İlümjinovun vəzifəsindən istefa verdiyi barədə məlumat yerləşdirilmişdi.