çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

"Azərbaycan yığması dünya çempionatına çıxmaq gücündədir"

28.03.2017 06:53 Oxundu 1779

"Azərbaycan milli komandasının çıxışını izləyirəm. Cari seçmə mərhələdə pis oynamırlar". Bu sözləri Rusiya millisinin üzvü Aleksand Səmədov deyib. Əslən azərbaycanlı olan yarımmüdafiəçi yığmamızın DÇ-2018-in seçmə mərhələsindəki mübarizəsi haqda danışıb. O, komandamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağa qadir olduğunu bildirib: "Eşitdiyimə görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yeni komandada hər şey yaxşı gedir. Azərbaycan yığmasının turnir cədvəlindəki vəziyyətini nazərə alsaq, dünya çempionatına çıxmaq gücündədir".

Xatırladaq ki, AFFA Səmədova yığmamızda oynaması ilə bağlı təklif göndərsə də, o, Rusiya millisini seçib.