28.03.2017 07:03
1778
1778
Avstriyanın Qraz şəhərində keçirilən Ümumdünya Xüsusi Qış Olimpiya Oyunları başa çatıb.Oyunlarda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin florbol (topla döşəmə üzərində xokkey) üzrə yığma komandası uğurla çıxış edib.
Finaladək inamla irəliləyən yığmamız qızıl medal uğrunda görüşdə Venesuela millisi ilə qarşılaşıb. Rəqibinə 7:3 hesabı ilə qalib gələn komandamız yarışı birinci pillədə başa vurub.
Beləliklə, iyirmi ildən sonra Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarında iştirak edən florbol üzrə yığma komandamız fəxri kürsünün ən yüksək pilləsində yer alıb.