çərşənbə, 14 yanvar 2026

VOLEYBOL

Voleybolçularımızın Avropa Liqasındakı oyunlarının I dövrəsinin təqvimi

28.03.2017 14:53 Oxundu 3040

Kişi voleybolçular arasında Avropa Liqasında I dövrənin təqvimi açıqlanıb. A qrupunda mübarizə aparacaq Azərbaycan yığmasının ilk 3 görüşdə hansı komandalarla oynayacağı dəqiqləşib. Belə ki, iyunun 16-18-də Makedoniyanın ev sahibliyi edəcəyi I dövrədə ilk oyunu ev sahiblərinə qarşı keçirəcəyik. Ardınca İsveç və Albaniya ilə üz-üzə gələcəyik.Yarışın II dövrəsi isə iyunun 23-25-də olacaq. Hələlik oyunları keçirəcək Albaniya təqvimi açıqlamayıb.

16 iyun

Albaniya – İsveç

Makedoniya – Azərbaycan

17 iyun

İsveç – Azərbaycan

Almaniya – Makedoniya

18 iyun

Azərbaycan – Albaniya

Makedoniya – İsveç