1815
Xəbər verdiyimiz kimi, martın 24-də DÇ-2018-ə hazırlıqlarını davam etdirən Rusiya millisi hazırlıq matçlarında qüvvəsini sınayıb. Krasnodarda Fil Dişi Sahili yığması ilə baş tutan yoldaşlıq oyununda Çerçesovun yetirmələrinin rəqibi Fil Dişi Sahili millisi olub. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mark Vilmotsun komandasında Kocia və Zaha fərqlənib.
Bu oyun barədə fikirlərini açıqlayan Ümumrusiya Həmkarlar İttifaqının başçısı Roman Şirokov deyib: "Biz Fil Dişi Sahili millisi ilə matçda daha yaxşı oyun görmək istəyirdik, təəssüf ki, futbolçularımız bunu bacarmadılar". O daha sonra deyib: "Futbolçuların fitə basıldığına gəldikdə isə, yəqin ki, buna layiq idilər. Normal oyun nümayiş etdirəndə kimsə onları fitə basmır".
Onun fikrincə, Rusiyada uşaq-gənclər futbolunun buraxdığı kadrların keyfiyyəti pisləşib. Bu, indi əsas problemdir.