2009
Bu gün İstanbul şəhərindəki Recep Tayyip Erdoğan adına stadionda 21 yaşadək futbolçulardan ibarət Türkiyə və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. AVRO-2019-un seçmə mərhələsinə hazırlaşan Yaşar Vahabzadənin yetirmələrini “ay-ulduzlular” 4 cavabsız qola "qonaq" ediblər. İlk yarısı qolsuz bərabərliklə başa çatan oyunun ikinci hissəsində Kubilay Kanatsızkuş və Umut Bozok hərəyə iki qol vuraraq qalibiyyətin memarı olublar.
U-21-lər arasında yoldaşlıq oyunu
28 mart
Türkiyə - Azərbaycan - 4:0
Qollar: Umut Bozok, 56, 86, Kubilay, 78, 83
Hakimlər: Əmrə Malok, Oktay Öncə, Bahtiyar Birinci, Can Cengiz (hamısı Türkiyə)
İstanbul. Rəcəb Tayyip Ərdoğan stadionu
Türkiyə: 12. Uğurcan Çakır, 2. Dorukhan Toköz, 4. Mehmet Zəki Çelik, 7. Orkan Çınar (k), 8. Alican Özfesli, 10. Yusuf Yazıcı, 11. Dəniz Hümmət, 13. Umut Bozok, 15. Ahmet Ildız, 16. Fethi Özər, 18. Oğuzhan Çapar
Baş məşqçi: Abdullah Ercan
Azərbaycan: 1. Səbuhi Əliyev, 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 5. Sərkan Baloğlu, 6. Qismət Alıyev, 7. Ehtiram Şahverdiyev, 8. Budaq Nəsirov (k), 9. Ozancan Kökcü, 11. Mahir Mədətov, 13. Elgün Uluxanov, 14. Yusif Nəbiyev
Baş məşqçi: Yaşar Vahabzadə
Qarşılaşma 4:0 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.
v