çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Messi "Çelsi"yə keçir?

07.07.2016 13:39 Oxundu 1566

"Barselona"nın futbolçusu Lionel Messinin atası və şəxsi agenti Xorxe Messi "Çelsi"nin sahibi Roman Abramoviçlə görüşüb. "The Sun" qəzetinin məlumatına görə, görüş rus iş adamının yaxtasında, Messilərlə bağlı dünən İspaniyada çıxarılan 21 aylıq şərti həbs cəzasından sonra keçirilib. Qəzet bildirir ki, bu qərardan sonra Messi İspaniyada oynamaq fikrindən daşınaraq "Çelsi"yə keçə bilər. Messinin atası İspaniya Məhkəməsinin yaratdığı problemlər ucbatından oğlunun bu ölkəni tərk edə biləcəyini istisna etməyib. O, Lionelin bu üzdən "Barselona" ilə yeni müqavilə imzalamaqdan imtina edə biləcəyini də vurğulayıb.

Qeyd edək ki, Messinin "Barsa" ilə anlaşmasında yer alan bəndə görə, onun transfer qiyməti 250 milyon avrodur.