28.03.2017 22:05
1714
1714
Argentina yığmasının forvardı Lionel Messi 4 rəsmi oyunluq diskvalifikasiya edilib. Buna səbəb 29 yaşlı superulduzun futbol üzrə Dünya çempionatı – 2018-in seçmə mərhələsində Çili ilə oyunda hakimin köməkçisini təhqir etməsi olub. Bundan başqa, futbolçu 10 min İsveçrə frankı məbləğində cərimələnib. Messi seçmə mərhələnin yalnız son matçında meydana çıxmaq şansı qazanacaq. Qeyd edək ki, martın 23-də keçirilmiş Argentina-Çili matçı 1:0 hesabı ilə başa çatıb və oyunda yeganə qolu L. Messi vurub.