çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Portuqaliya 2:0 önə keçsə də... VİDEO

29.03.2017 00:13 Oxundu 2040

Dünyanın bir sıra ölkələrinin yığmaları yoldaşlıq oyunlarında üz-üzə gəliblər. Baş tutan görüşlərin arasında azarkeşlərin daha çox diqqətini çəkən matçlar da var. Belə ki, DÇ-2018-in seçmə mərhələsi oyununda Bolqarıstana uduzan və baş məşqçi Danni Blindi istefaya yollayan Hollandiya millisinin İtaliya ilə üz-üzə gəlib. "Narıncılar" bu görüşdə də uduzublar - 1:2. Seçmə mərhələdə uyğun olaraq Lüksemburqu 3:1 və İsraili 4:1 hesabı ilə məğlub edən Fransa ilə İspaniyanın qarşılaşması da xüsusi maraqlı keçib. "Matadorlar" iki cavabsız qola seviniblər - 0:2. Portuqaliya isə 2:0 önə keçdiyi oyunda İsveçə məğlub olub - 2:3.

Yoldaşlıq oyunları

28 mart

Avstriya – Finlandiya - 1:1

Qollar: Arnautoviç, 62 - Yensen, 76

Hollandiya – İtaliya - 1:2

Qollar: Romanyoli, 10 (öz qapısına) - Eder, 11, Bonuççi, 32

İrlandiya – İslandiya - 0:1

Qol: Maqnusson, 21

Portuqaliya – İsveç - 2:3

Qollar: Ronaldo, 18, Qranqvist, 34 (öz qapısına) - Klaesson, 57, 76, Kanselo, 90+3 (öz qapısına)

Fransa – İspaniya - 0:2

Qollar: David Silva, 68, Delofo, 77

f