çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldo: "Mən xoşbəxtəm və hiss edirəm ki..."

29.03.2017 15:56 Oxundu 2067

Madeyra Hava Limanının adının dəyişdirilərək ona "Real"ın hücumçusu, Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldonun adı verilib. Bu münasibətlə keçirilən rəsmi tədbirdə Ronaldo deyib: "Adım hava limanına verilib. Hamı bilir ki, mən öz vətənimlə, öz köklərimlə ilə fəxr edirəm. Mən həmişə Madeyra və Portuqaliyanı tərifləyirəm. Mən demişəm ki, görkəmli adamlara sağlıqlarında hörmət qazandırmaq lazımdır. Bunu etdiklərinə görə, regionun rəhbərliyinə minnətdaram. Mən xoşbəxtəm və hiss edirəm ki, mənə böyük şərəf veriblər. Onu da bilirəm ki, bəzi insanlar bununla razı deyillər. Amma bundan incimirəm. Çünki biz azadıq, demokratik dövlətdə yaşayırıq və hamı öz fikrini ifadə etmək hüququna malikdir. Bilirəm ki, mənim üzərimə məsuliyyət düşür. Mən həmişə Portuqaliya və Madeyranı vəsf etməyə çalışmışam və çalışacağam". Mərasimdə Ronaldonun tuncdan büstünin də açılışı olub.Qeyd edək ki, Portuqaliya yığması 2016-cı ildən Avropa çempionu olandan sonra Madeyra Hava Limanı belə adlandırılıb: "Kriştianu Ronaldo adına Madeyra Hava Limanı"