çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

“Dəmiryolçular” çempion tituluna yiyələnib

29.03.2017 17:14 Oxundu 1810

Kişi voleybolçular arasında Azərbaycan çempionu müəyyənləşib. apasport.az saytının məlumatına görə, Bakının “Lokomotiv” klubu çempionatın bitməsinə bir tur qalmış qızıl medalları təmin edib. “Dəmiryolçular” buna Yüksək dəstənin II pley-off mərhələsinin V turunda nail olub. Naxçıvanda keçirilən II dövrənin 2-ci oyun günündə “Neftçi” ilə görüşən “Lokomotiv” 3:1 hesabı ilə qalib gəlib. Xal hesabını 15-ə, izləyicisi və əsas rəqibi ilə fərqi 6-ya çatdıran “dəmiryolçular” bununla da çempion tituluna yiyələnib.