çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Tural Axundov: “Uğurlu çıxışımızın ardını gətirmək istəyirik"

29.03.2017 17:27 Oxundu 1930

Topaz Premyer Liqasının XXIV turunda səfərdə “Qarabağ” ilə qarşılaşacaq “Kəpəz” bu oyuna hazırlığı Bakıda davam etdirir. “Sarı-göylər”in kapitanı Tural Axundov Ağdam klubu ilə matç öncəsi açıqlama verib: “Uğurlu çıxışımızın ardını gətirmək istəyirik. Bundan sonra xal itirə bilmərik. Bizə məqsədimizə nail olmaq üçün qələbə lazımdır. Bilirik ki, “Qarabağ”a qarşı görüş ağır keçəcək. Rəqib çox güclüdür. Odur ki, məşqlərdə əzmlə çalışırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. Milli komandaların seçmə oyunları səbəbindən çempionatda yaranan fasilə xeyrimizə işlədi. İlk növbədə yaxşı istirahət edib psixoloji vəziyyətimizi düzəltdik. Növbəti oyunlara hazırlaşmaq üçün daha çox vaxtımız oldu”.