çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Yarımfinalın ilk oyunlarına start verilir

30.03.2017 06:59 Oxundu 1852

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.Bu mərhələnin görüşləri paytaxt - əyalət rəqabəti ilə diqqət çəkir. Belə ki, yarımfinalda Bakı klubları bölgə təmsilçiləri ilə münasibətlərini aydınlaşdıracaq. Çempionluq iddiasında olan “Qarabağ”la “Qəbələ” müvafiq olaraq “Neftçi” və “İnter”lə oynayacaqlar. Günün ilk matçı “İnter Arena”da baş tutacaq. Meydan sahibləri “Qəbələ” ilə qarşılaşacaq. Cari mövsümdə rəqibini məğlub edə bilməyən Zaur Svanadzenin yetirmələri Premyer Liqadakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Günə Azərbaycan derbisi ilə yekun vurulacaq. Söhbət bütün çempionatlarda yüksək liqanın iştirakçısı olan iki komanda – “Neftçi” və “Qarabağ”ın duelindən gedir. Son iki mövsümdə kubokun finalında üz-üzə gələn komandalar bu dəfə yarımfinalda qarşılaşacaq. Ardıcıl iki dəfə “Qızıl dubl”a imza atan Qurban Qurbanovun yetirmələri isə yenidən eyni uğuru təkrarlamaq niyyətindədi.

Azərbaycan kuboku

Yarımfinal, ilk oyunlar

30 mart


17:00. “İnter” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”

19:30. “Neftçi” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
8-ci km qəsəbə stadionu