çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

“Qarabağ” "Neftçi"nin yubileyini 2:0-la təbrik etdi

30.03.2017 20:27 Oxundu 1888

Bu gün "Qarabağ" Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Neftçi"nin qonağı olub. "Bakcell Arena"da keçirilən qarşılaşma saat 19:30-da start götürüb. Matça sürətli başlayan "Qarabağ" matçın 14-cü dəqiqəsində hesabı açıb. Cərimə meydançasına edilən ötürməni Muarem Muarem başla dəqiq tamamlayıb. Bu qoldan 14 dəqiqə sonra isə Dino Ndlovu diqqət mərkəzinə dü.üb. Hücumçu hücumu başla tamamlayaraq topu tora göndərib. Matçın qalan dəqiqələrində başqa qol vurulmayıb və Ağdam klubu bu gün 80 illik yubiley tədbirini keçirən "Neftçi"yə 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 5-də baş tutacaq.

Azərbaycan kuboku

Yarımfinal, ilk oyunlar

30 mart


“Neftçi” – “Qarabağ” - 0:2

Qollar: Muarem, 14, Dino Ndlovu, 29

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
8-ci km qəsəbə stadionu

“Neftçi”: 33. Boban Baykoviç, 6. Pavel Dreksa, 9. Uqo Barqas, 10. Cavid İmamverdiyev (k), 11. İqnasio Herrera Fernandes, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 25. Kiril Petrov, 27. Məqsəd İsayev, 29. Georgi Navalovski, 95. Elvin Bədəlov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Jayro Rodriges, 8. Zdenek Folprext, 12. Daniel Seqovia, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Mahir Şükürov

Baş məşqçi: Elxan Abdullayev

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Markos Madera, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 11. Mahir Mədətov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 71. Vüqar Nadirov, 77. Elşən Abdullayev

Baş məşqçi: Qurban Qurbanov