çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Futzalçılarımız Moldovanı yenə məğlub edib

31.03.2017 06:42 Oxundu 1785

Martın 30-da Bakıda futzal üzrə Azərbaycan və Moldova milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib. Bakı İdman Sarayında keçirilən görüşdə millimiz rəqibini 3:2 hesabı ilə məğlub edib. Faiq Əliyevin dubl etdiyi oyunda yığmamızın digər qolunu Kardosa Everton vurub.

Oyunu FIFA referiləri Elçin Səmədli və Ramil Namazov idarə ediblər.

Xatırladaq ki, bu komandalar arasında martın 29-da keçirilmiş ilk yoldaşlıq oyunu yığmamızın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.