31.03.2017 10:26
1755
1755
“Qəbələ” Azərbaycan kubokunda yubiley qələbəsini qazanıb. Yarımfinal mərhələsinin “İnter”lə səfərdəki ilk oyununda əldə olunan 3:1 hesablı qələbə klub tarixinə bu yarışdakı 25-ci zəfər kimi düşüb. Belə ki, bunadək “qırmızı-qaralar” 24 kubok matçında qalib gəlmişdi. Bu,“İnter Arena”dakı matçda qeydə alınıb. 25-ci qələbə kubokdakı 51-ci qarşılaşmada gerçəkləşib. Bundan başqa isə “Qəbələ” kubokda 17 heç-heçə edib və 9 dəfə uduzub. Rəqib qapılarına 81 dəfə yol tapan əyalət təmsilçisi 42 qol buraxıb.