çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Rüştü Reçber: "Terim müasir futboldan uzaq adamdır"

31.03.2017 15:35 Oxundu 1739

Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Fatih Terim futboldan uzaqlaşmalıdır. Bunu Türkiyə millisinin vaxtilə qapıçısı olmuş Rüştü Reçber deyib. Onun sözlərinə görə, F.Terimin fəaliyyəti tamamilə uğursuzdur: “O, türk futbolundan uzaqlaşmalıdır. Qazandığı uğurlara görə hörmət etmək, dəyər vermək lazımdır, lakin hər kəs nə zaman tərk edəcəyini yaxşı bilməlidir”. R. Reçber qeyd edib ki, F. Terim müasir futboldan uzaq adamdır: “Arda Turanı vaxtilə milliyə dəvət etməməsi isə öz uğursuzluğunu ört-basdır etmək üçün atdığı addım olub”.