çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldo da büstündən narazıdır

01.04.2017 10:55 Oxundu 1837

Portuqaliyalı ulduz futbolçu, "Real"ın hücumçusu Ronaldonun adının doğulduğu Madeyra adasındakı hava limanina verilməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, hava limanında onun büstü də ucaldılıb. Lakin bu büst sonradan tənqdilərə məruz qaldı. Belə ki, büstün Ronaldoya o qədər də oxşamadığı söylənildi. Hətta bəzi sosial şəbəkələr büstü gülüş hədəfinə çeviriblər.

Son məlumata görə, büst Ronaldonun da xoşuna gəlməyib. Odur ki, büstün müəllifdən onun üz qırışlarını aradan qaldırmasını xahiş edib. Ronaldonun fikrincə, belə olsa, o daha cavan görünər. Bu barədə büstün müəllifi Manuel Santuş məlumat verib.