çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

UEFA-nın prezidenti Serbiya klublarını xəbərdarlıq etdi

01.04.2017 14:30 Oxundu 1990

Serbiya klublarının avrokuboklarda iştirakına qadağa qoyula bilər. Bunu UEFA-nın prezidenti Aleksander Çeferin açıqlayıb.O bildirib ki, bu ölkənin komandalarının oyunlarında yaşanan azarkeş qalmaqalları klublara baha başa gələcək. Sloveniyalı funksioner bununla da serbiyalı fanatlara sərt xəbərdarlıq edib: “Serbiya klublarını avrokuboklardan kənarlaşdırılma gözləyir. Bu addım atılsa, Serbiya futbolu üçün faciə olacaq. Bu ölkədəki futbol xuliqanlarına aydın olmalıdı ki, onlara stadionlarda yer yoxdu”. Klublarının avrokuboklarda iştirak etməsi üçün azarkeşlərin tribunalarda törətdiyi iğtişaşlar və irqçi şüarlara son qoymalıdı.