1851
Bu gün Azərbaycan Premyer Liqasında XXIV tur baş tutacaq. Turun bütün oyunları eyni gündə keçiriləcək.Günə Sumqayıtda start veriləcək. Yerli komanda “Neftçi”ni qəbul edəcək. Bu görüşün startından yarım saat sonra isə “İnter” – AZAL oyunu başlayacaq. Matç “təyyarəçilər” üçün final ab-havasındadır. Belə ki, ardıcıl 9 oyundur qələbəyə həsrət qalan AZAL-ı Premyer Liqanı tərk etməyin qarşısını ən az bir həftəlik almaq üçün sadəcə 3 xal qane edəcək. Əks halda, Tərlan Əhmədovun komandası elə bu gündən elita ilə vidalaşmalı olacaq.Çempionluq uğrunda qiyabi duel isə davam edir. Rəqiblər bu dəfə eyni vaxtda meydana çıxaraq həyəcanlarını yaşayacaqlar. Belə ki, “Qarabağ” Bakıda “Kəpəz”i, “Qəbələ” isə doğma meydanda “Zirə”ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası
XXIV tur
2 aprel (bazar)
16:30. “Sumqayıt” – “Neftçi”
İlk 3 dövrədəki oyunlar: 2:1, 2:0, 0:1
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
Sumqayıt şəhər stadionu
17:00. İnter” – AZAL
İlk 3 dövrədəki oyunlar: 3:1, 3:0, 1:0
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”
18:30. “Qarabağ” – “Kəpəz”
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:0
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu
18:30. “Qəbələ” – “Zirə”
İlk 3 dövrədəki oyunlar: 2:0, 1:0, 2:2
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu
|
1 |
Qarabağ |
23 |
15 |
4 |
4 |
37-11 |
49 |
|
2 |
Qəbələ |
23 |
13 |
8 |
2 |
42-13 |
47 |
|
3 |
İnter |
23 |
10 |
9 |
4 |
33-23 |
39 |
|
4 |
Zirə |
23 |
8 |
6 |
9 |
20-23 |
30 |
|
5 |
Neftçi |
23 |
8 |
2 |
13 |
19-36 |
26 |
|
6 |
Sumqayıt |
23 |
6 |
7 |
10 |
20-30 |
25 |
|
7 |
Kəpəz |
23 |
5 |
9 |
9 |
16-24 |
24 |
|
8 |
AZAL |
23 |
1 |
7 |
15 |
10-37 |
10 |
Bombardir: Filip Ozobiç (“Qəbələ”) - 11