02.04.2017 09:00
1711
1711
İspaniya La Liqasında XXIX turun oyunları keçirilir. Liderlər bu gün meydana çıxacaqlar. "Sevilya" "Sportinq"i, "Real" isə "Alaves"i qəbul edəcək. "Barselona" həftəni səfərdə keçirəcək. Kataloniyalıların rəqibi "Qranada" olacaq.
"Real"ın baş məşqçisi Zidan "Alaves"lə matçda bir neçə oyunçunu heyətə daxil etməyəcək. Bunlar qapısçı Keylor Navas, müdafiəçi Marselo və yarımmüdafiəçi Xames Rodrigesdir. Ddünya çempionatının seçmə oyunlarından qayıtdıqlarına görə baş məşqçi onlara istirahət verib. Zidan Serxio Ramosu da qorumaq niyyətindədir.