02.04.2017 17:20
1601
1601
“Yuventus” rəhbərliyi “Milan”ın baş məşqçisi Vinçentso Montellanı Massimiliano Alleqriyə əvəz qismində nəzərdən keçirir. “Sports.ru”nun verdiyi məlumata görə, “Yuventus”un hazırki baş məşqçisi M. Alleqri Turin təmsilçisi ilə yeni müqavilə barədə danışıqları dayandırıb. M. Alleqri “Arsenal”, PSJ və ya “Barselona”ya keçə bilər. V. Montella isə daha əvvəl bildirmişdi ki, öz gələcəyi barədə “Milan” rəhbərliyinin planlarından xəbəri yoxdur. Qeyd edək ki, M. Alleqri “Yuventus”a “Milan”dan keçmişdi.