07.07.2016 14:57
1735
1735
Basketbol üzrə Rusiya yığmasının baş məşqçisi Sergey Bazareviç Türkiyənin “Trabzonspor” klubunun baş məşqçi vəzifəsinə təyin edilib. Məlumata görə, 51 yaşlı mütəxəssis yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
O bu ilin yanvarında Rusiya yığmasının baş məşqçşi vəzifəsinə təyin edilib. S. Bazareviç oyunçu kimi bir neçə il ərzində Türkiyədə çıxış edib - “Yıldırım” (1992-1993), “Tofaş” (1993-1994) və “Türk Telekom” (1997-1998).