çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Neymar “Barselona”nın heyətində 100-cü qolunu vurub

03.04.2017 09:23 Oxundu 1936

İspaniya çempionatında liderlik uğrunda gərgin mübarizə aparan “Barselona” La Liqanın 29-cu turunda qələbə qazanıb.“Barselona” səfərdə “Qranada”nı 4:1 hesabı ilə məğlub edərək çempionluq uğrunda mübarizəni davam etdirib.Bu oyunda cari mövsümdəki 23-cü qoluna imza atan L.Suarez həm də 10-cu məhsuldar ötürməsini edib. Neymar isə son dəqiqədə rəqib qapısından keçirdiyi topla “Barselona”nın heyətində 100-cü qolunu vurub. Bununla da o, Rivaldo (130 qol) və Evaristodan (105 qol) sonra “Barselona”nın heyətində ən çox qol vuran braziliyalı olub.