çərşənbə axşamı, 28 aprel 2026

DİGƏR NÖVLƏR

Komandamız qitə birinciliyinə yeddi idmançı ilə qatılacaq

03.04.2017 19:35 Oxundu 1675

Taekvando üzrə Azərbaycanın yığması Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək 21 yaşlı idmançılar arasında Avropa birinciliyində ölkəmizi təmsil edəcək. Əməkdar Məşqçi Elnur Amanovun rəhbərlik etdiyi komandamız qitə birinciliyinə yeddi idmançı ilə qatılacaq. Bolqarıstana gedəcək heyətdə Fizam Mehdiyev (58 kq), Məmmədalı Quliyev (63 kq), Ələsgər Əliyev (68 kq), Səid Quliyev (74 kq), Paniz Esmaeilpour (46 kq), Gülhanım Yeşildal (53 kq) və Daria Şkurko (67 kq) yer alıblar.

Aprelin 6-da başlanacaq yarış üç gün davam edəcək. Yarışda beynəlxalq dərəcəli hakim Elşad Məmmədov da ölkəmizi təmsil edəcək.

Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə aprelin 4-də Sofiyaya yollanacaq idmançılarımız aprelin 10-da Vətənə qayıdacaqlar.