çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Sabah yarımfinal mərhələsinə yekun vurulacaq

04.04.2017 10:15 Oxundu 2068

Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. Mərhələnin cavab matçları çərçivəsində iki qarşılaşma baş tutacaq. Günün ilk matçı Qəbələdə baş tutacaq. Burada eyniadlı komanda “İnter”i sınağa çəkəcək. Roman Qriqorçukun yetirmələri ilk görüşdə inamlı qələbə qazandığından finala vəsiqəni böyük ölçüdə həll edib. “İnter” isə mərhələ keçmək üçün möcüzəyə imza atmalıdı. Çünki paytaxt təmsilçisi ən azı 3 qol vurmalıdı. Digər cütdə son iki mövsümün finalçıları qarşılaşacaq. Ardıcıl iki “Qızıl dubl”a sevinən “Qarabağ” “Neftçi”nin final seriyasını qırmağa yaxındı. Son 5 finalın iştirakçısı olan bakılılar evdə 0:2 hesabı ilə uduzduğundan şanslarını minimuma endirib. Paytaxt təmsilçisi mərhələ adlamaq üçün ən azı 2 qol vurmalıdı. Yubiley ilini titulsuz başa vurmaq təhlükəsi ilə üz-üzə qalan “ağ-qaralar” ardıcıl 11 qələbə qazanan rəqibini dayandırmalıdı.

Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)

16:30. “Qəbələ” – “İnter”
Qəbələ şəhər stadionu

İlk oyun – 3:1

19:30. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 2:0