çərşənbə axşamı, 28 aprel 2026

ŞAHMAT

Təmsilçilərimiz birinci turda qələbə qazanıblar

04.04.2017 14:29 Oxundu 2160

Birləşmiş Ərəb Əmirliklərində “Dubai Open” 19-cu beynəlxalq şahmat turniri başlanıb. Turnirdə 215 şahmatçı, o cümlədən 53 qrossmeyster iştirak edir. Azərbaycanı turnirdə səkkiz şahmatçı təmsil edir.

“Dubai Open 2017” turnirinin birinci turniri başa çatıb. Azərbaycanın bütün təmsilçiləri - qrossmeysterlər Eltac Səfərli, Nicat Abbasov, beynəlxalq ustalar Vüqar Əsədli, Nail Bəşirli, Nərmin Xələfova, FIDE ustası Əhməd Əhmədzadə, habelə Rəvan Əliyev və Vüsal Abbasov birinci turda qələbə qazanıblar.

Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Aprelin 12-də turnirin qalibi müəyyən olunacaq.