2001
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. İlk finalçı Qəbələdə müəyyənləşəcək. Eyniadlı komanda öz meydanında “İnter”i sınağa çəkəcək. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri klub tarixində 2-ci dəfə finala çıxmağa yaxındır. Zaur Svanadzenin komandası isə möcüzəyə imza atmalıdı ki, adını finala yazdırsın. Günün ikinci görüşündə Azərbaycan derbisi gerçəkləşəcək. 1992-ci ildən ölkə miqyaslı yarışların iştirakçısı olan “Qarabağ”la “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.Səfərdə 2 cavabsız qolla qələbə qazanan Qurban Qurbanovun yetirmələri ardıcıl 3-cü dəfə finala çıxmağa yaxındı. Son 5 finalın iştirakçısı olan “Neftçi” isə Elxan Abdullayevlə seriyanı davam etdirmək üçün çətin vəzifənin öhdəsindən gəlməlidi. Bunun üçün bakılılar çempionun qapısından ən azı 2 qol keçirməlidi.
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)
16:30. “Qəbələ” – “İnter”
Qəbələ şəhər stadionu
İlk oyun – 3:1
19:30. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 2:0