05.04.2017 10:58
1966
1966
Futbol üzrə İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib. La Liqanın rəsmi saytında yer alan xəbərə görə, ötən ayın ən yaxşısı “Atletiko”nun futbolçusu Antuan Qrizmann seçilib. Qeyd edək ki, 26 yaşlı hücumçu mart ayı ərzində meydana çıxdığı 4 qarşılaşmada 5 qol vurub.
"Atletiko"nun çalışdırıcısı Dieqo Simeone isə mart ayının ən yaxşı məşqçisi seçilib.Qeyd edək ki, argentinalı mütəxəssisin komandası ötən ay 3 qələbə qazanıb, 1 heç-heçə edib.