çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

UEFA-nın 41-ci növbəti Konqresi keçirilir

05.04.2017 11:37 Oxundu 2053

Bu gün Finlandiyanın paytaxtı Helsinki şəhərində UEFA-nın 41-ci növbəti Konqresi keçirilir.

Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edir.

Konqresin gündəliyinə daxil olunmuş məsələlərdən biri UEFA İcraiyyə Komitəsinin 8 üzvünün seçilməsidir.

Xatırladaq ki, AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsi üzvlüyünə namizədliyi irəli sürülüb.

Onun rəqibləri Zibiqnev Bonek (Polşa), Kayrat Boranbaqey (Qazaxıstan), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Kiran Okonnor (Uels), Mişel Uva (İtaliya), Sərvət Yardımçı (Türkiyə), Devid Hill (İngiltərə), və Maykl van Praaqdı (Hollandiya). Kipr Futbol Assosiasiyasının fəxri prezidenti Marios Lefkalitis isə bir müddət öncə namizədliyini geri götürüb.

Məmmədov seçkilərdə uğur qazanacağı halda, UEFA-da yüksək vəzifə tutan ilk azərbaycanlı olacaq.