çərşənbə axşamı, 28 aprel 2026

DÜNYA FUTBOLU

Fransa Futbol Federasiyası Fikrət Orman və Şenol Günəşi “Metz” – “Lion” matçına buraxmayıb

05.04.2017 14:48 Oxundu 2225

Fransa Futbol Federasiyası (FFF)“Beşiktaş” futbol klubunun prezidenti Fikrət Orman və baş məşqçisi Şenol Günəşə bu axşam keçiriləcək “Metz” – “Lion” matçını tribunadan baxmalarına icazə verməyib. Məlumata görə, qarşıdakı həftə UEFA Avropa Liqasının 1/4 final mərhələsində “Lion”la qarşılaşacaq “Beşiktaş”ın baş məşqçisi rəqib komandanı yerində izləmək üçün F. Ormanla Fransaya getmək istəyib. Ancaq FFF-ya rəsmi sorğu göndərən “Beşiktaş” klubu rədd cavabı alıb. FFF “Metz”-“Lion” matçının cəza səbəbilə azarkeşsiz oynanacağını əsas gətirərək kənardan heç kəsin stadiona girə bilməyəcəyini bəyan edib. Hərçənd “Lion” nümayəndələri “Beşiktaş”ın 3 matçını tribunadan izlədiyi və Türkiyə Futbol Federasiyası ilə klub rəhbərliyinin buna heç bir maneə törətmədiyi məlum olub.