çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

"Qəbələ" finala çıxdı VİDEO

05.04.2017 19:29 Oxundu 2339

Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib. İlk oyunda 3:1 hesabı ilə qələbə qazanan “Qəbələ” klubu “İnter”i qonaq edib. Qəbələ şəhər stadionunda baş hakim Ömər Paşayevin idarə etdiyi matçın 12-ci dəqiqəsində Daniel Subotiç hesabı açıb. Hücumlarının sayını artıran “Qəbələ” görüşün 33-cü dəqiqəsində Baqali Dabonun qolu ilə hesab arasındakı fərqi daha da artırıb - 2:0. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Matçın ikinci yarısında “İnter”in qol vurmaq cəhdləri nəticəsiz qalıb. “Qəbələ” 2:0 hesabı ilə qələbə qazanaraq Azərbaycan kubokunun finalına vəsiqə qazanıb.

Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)
“Qəbələ” – “İnter” - 2:0

Qollar: Daniel Subotiç, 12; Baqali Dabo, 33
Qəbələ şəhər stadionu

İlk oyun – 3:1

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov (k), 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 20. Rikardinyo, 21. Roman Hüseynov, 27. Teo Uiks, 31. Daniel Subotiç, 32. Rəşad Eyubov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 19. Filip Ozobiç, 34. Ürfan Abbasov, 77. Araz Abdullayev
Baş məşqçi: Roman Qriqorçuk

“İnter”: 13. Orxan Sadıqlı, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 14. Zurab Xizanişvili, 24. Fuad Bayramov (k), 4. Slavik Alxasov, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 88. Məmməd Quliyev, 2. Sertan Taşkın, 8. Nizami Hacıyev, 20. Aqşin Quluzadə, 65. Cabir Əmirli
Baş məşqçi: Zaur Svanadze

q