2103
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev “Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Son günlərdə “Lokomotiv”ə keçidiniz gündəmi zəbt edib. Hətta Moskva təmsilçinin baş məşqçisi Yuri Syomin sizinlə maraqlandıqlarını gizlətmir. Konkret təklif almısınızmı?
- Syominin fikirləri ilə tanışam, amma rəsmi təklif almamışam. Təklif alsam, klubumun nümayəndələri ilə birgə söhbət edəcəyik.
- Konkret meneceriniz varmı?
- Bu işlə məşğul olacaq adamım var. Amma klubum olan yerdə menecerin müdaxiləsi düzgün deyil. Klubum nə desə, ona uyğun hərəkət edəyik.
- Yayda “Qarabağ”la müqaviləniz başa çatacaq. Bəs “Lokomotiv”dən konkret təklif gəlsə, dəyərləndirəcəksiniz?
- Çox istəyirəm getməyi. Ailəmədə bəzi məsələlər var, onu qaydasına salmağa çalışıram. Əgər konret təklif alsam və məni qane edəcək müqavilə şərtləri təklif edilsə, mütləq gedəcəm. Müqavilənin şərtləri çox vacibdi. Bu yalnız maddi məsələlərlə bağlı deyil. Oynamağım, qalmağım və s. həllini tapmalıdı.
- Kimsə sizə əsas heyətdə təminat verməcəyək axı...
- Ehtiyatda oturmağa da razı olmaram. “Lokomotiv” Rusiyanın ortabab klubudu, amma mənim üçün böyük “pəncərədi”. Təklif rəsmiləşəcəyi təqdirdə məmnuniyyətlə oynayacağım klubudu.
- Başqa təkliflər varmı?
- Var, amma danışıq aparmırıq. Çünki ən ciddi təklifi “Lokomotiv”dən gözləyirəm. Artıq baş məşqçiləri də mənimlə maraqlandıqlarını açıqlayıb.